×
A
A
A
Sazlamalar

20 Yanvar şahidi: Həmin günləri hələ də unuda bilmirəm

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsi xalqımızın başına gətirilən ən dəhşətli hadisələrdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda törədilmiş qanlı hadisələrin şahidi olmuşam.
Bunu 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edən Şahbaz Zeynalov AZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib ki, qanlı şənbə gecəsi azğınlaşmış sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Günahsız, silahsız və əliyalın insanlar öldürüldü, itkin düşdü və qanunsuz həbs edildi. Xalqımızın mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu gün Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
“Bütün bu hadisələrin şahidi kimi həmin günləri hələ də unuda bilmirəm”, - deyə Şahbaz Zeynalov qeyd edib.

20 yanvar 2020-01-20 16:17:00