×
A
A
A
Sazlamalar

Daşkəsən ictimaiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla anıb

Daşkəsən, 20 yanvar, Rauf Hacıyev, AZƏRTAC

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Daşkəsən rayon ictimaiyyətinin 4 mindən çox nümayəndəsinin iştirakı ilə Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.
Rayonun rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər şəhid məzarlarını ziyarət edib, üzərinə tər güllər düzüblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Regionlar 2020-01-20 16:12:00