×
A
A
A
Sazlamalar

MSK üzvü: Seçkilərdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin iştirakı əhatəli şəkildə təmin olunacaq

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycanda mövcud sağlam seçki mühiti müşahidəçilərin seçki prosesində iştirakına olan marağı daha da artırır.
AZƏRTAC xəbər verir ki, bu fikri secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib.
MSK üzvü qeyd edib ki, fevralın 9-da ölkədə keçiriləcək parlament seçkilərində istər yerli, istərsə də beynəlxalq müşahidəçilərin iştirakı əhatəli şəkildə təmin olunacaq. “Hesab edirəm ki, seçki prosesində aşkarlıq institutunun tətbiq edilməsi seçki qanunvericiliyinin tələblərinə tam şəkildə əməl olunmasına böyük dəstək olacaq”, – deyə Q.Orucov bildirib.

Siyasət 2020-01-20 15:45:00