×
A
A
A
Sazlamalar

Qarabağ qazisi: Gələcək nəsillər vətənimizin hər bir qarışının şəhidlərin qanı ilə yoğrulduğunu bilməlidirlər

Bakı, 20 yanvar, AZƏRTAC 

Bu gün Qanlı Yanvar faciəsindən 30 il keçir. Məhz o gecə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əzmkarlığı, mübarizliyi müstəqilliyimizə gedən yolun başlanğıcını qoydu. Yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciəyə baxmayaraq, xalqın iradəsi qırılmadı, azadlıq arzusu boğulmadı. Nəticədə 70 ildən sonra sovet imperiyasının əsarət qandallarından qurtulduq.
Bu sözləri Şəhidlər xiyabanını ziyarət edən Qarabağ qazisi Xəyyam İsmayılov AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, xalqımız hər il öz qəhrəman övladlarının xatirəsini dərin ehtiram və hüznlə yad edir: “Vətən fədailərinin əziz xatirələri unudulmur və unudulmayacaq. Şəhidlərimizin şücaəti, ölümün gözlərinə dik baxaraq düşmənlə son nəfəsədək mübarizəsi gələcək nəsillərə çatdırılmalıdır. Yetişən nəsillər tariximizin belə şanlı və qanlı səhifələrini öz yaddaşlarına həkk etdirməli, vətənimizin hər qarışının şəhidlərin qanı ilə yoğrulduğunu bilməli, vətənpərvərlik ruhunda böyüməlidirlər.
Hər bir Azərbaycan vətəndaşı kimi mənim də arzum odur ki, düşmən tapdağı altında olan torpaqlarımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edək və üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandıraq”.

20 yanvar 2020-01-20 15:09:00