×
A
A
A
Sazlamalar

News.ru portalında Qara Yanvara həsr edilmiş məqalə dərc olunub

Moskva, 20 yanvar, AZƏRTAC

News.ru portalında İqor Nikiforovun “Qara Yanvar”ın 30 illiyi: SSRİ ordusu sovet şəhəri Bakını necə işğal etdi” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 30 il bundan əvvəl Bakıda baş vermiş hadisələr barədə söhbət açılır, bildirilir ki, Qara Yanvar faciəsi sonradan Azərbaycan SSR-in sovet ittifaqında ayrılmasına şərait yaratmış mühüm amillərdən biri olub.
1990-cı il yanvarın 20-də sovet qoşunları əhaliyə qabaqcadan xəbərdarlıq edilmədən Azərbaycanın paytaxtına yeridildi. Rəsmən bu tədbir “ermənilərə qarşı talanlara son qoymaq” məqsədilə keçirilirdi, hərçənd o vaxt bu hadisələr artıq başa çatmışdı. Yanvar faciəsinin səbəblərinin təhqiqatı üzrə respublika komissiyasının məlumatına görə, toqquşmalar zamanı 147 nəfər həlak olub, daha 744 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Azərbaycanda bu tarix hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir.
Müəllif o faciədən əvvəlki hadisələr, mərkəzi rəhbərliyin cinayətkarcasına fəaliyyətsizliyi, faciənin siyasi yekunları barədə ətraflı söhbət açır.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

20 yanvar 2020-01-20 15:08:00