Peşə Təhsil Mərkəzidə “Qanlı Yanvar - tariximizin qan yaddaşı” mövzusunda xüsusi dərs təşkil olunub
Bakı, 20 yanvar, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 20 yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində mərkəzin tələbələri rayonda yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Tələbələrlə birgə ziyarətə gedən qrup rəhbərləri və müəllimlər 20 Yanvar faciəsi və onun Azərbaycanın müstəqillik tarixində oynadığı rol haqqında ətraflı məlumat veriblər.
Tələbələrə tövsiyə olunub ki, hər zaman, hər yerdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən insanların şəhid adına hörmətlə yanaşsın, onların bizə əmanət etdiyi vətənimizə sadiq qalıb, onun azadlığı uğrunda öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirsinlər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvara həsr olunan filmə baxış keçirilib. “Qanlı yanvar- tariximizin qan yaddaşı” mövzusunda xüsusi dərs təşkil olunub.
20 Yanvar hadisələrinə həsr olunan tədbirdə mərkəzin direktoru, iqtisad elmləri namizədi Namik Muradov qeyd edib ki, tariximizdə baş verən belə qanlı hadisələr xalqımızın iradəsini qıra bilmədi və biz yenə də müstəqilliyimizi bərpa etdik.
Sonra tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib.
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb