×
A
A
A
Sazlamalar

Fransanın RFİ beynəlxalq radiosunun dinləyiciləri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb VİDEO

Paris, 20 yanvar, AZƏRTAC

Fransanın beynəlxalq radiosu olan RFİ-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə Yaxın Şərqdə baş verən son hadisələr, regiona qonşu olan ölkəmizin hadisələri yaxından izləməsi və tərəfləri diplomatik səyləri gücləndirməyə çağırması barədə danışılıb.
Prezidentin köməkçisi müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb. O, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarlarını xatırladaraq, onların Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdiyini vurğulayıb.
Hikmət Hacıyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlardan da danışıb.
Müsahibədə Azərbaycan-Fransa münasibətlərinə də toxunulub və əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Siyasət 2020-01-20 13:50:00

Video