×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi Salonikidə yad olunub

Saloniki, 20 yanvar, AZƏRTAC

Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin qərargahında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Cəmiyyətin sədri Rəşid Məmmədov 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına məlumat verib, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrinin Bakıya bir neçə istiqamətdən yeridildiyini, 147 silahsız insanın qətlə yetirildiyini, 744 insanın yaralandığını və 841 nəfərin qanunsuz həbs edildiyini bildirib. Qeyd olunub ki, faciə milliyyətindən, yaşından, cinsindən və ya sosial statusundan asılı olmayaraq silahsız insanların həyatını alıb.
Tədbirdə 20 Yanvar hadisələrinin xronikasını və şahidlərin ifadələrini əks etdirən sənədli film nümayiş etdirilib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki

20 yanvar 2020-01-20 11:32:00