×
A
A
A
Sazlamalar

Namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsinə başlanılır

Bakı, 20 yanvar, AZƏRTAC
Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə qeydə alınmış namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsinə başlanılır.
AZƏRTAC secki-2020.az saytına istinadla xəbər verir ki, Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tez 20, ən gec 10 gün qalanadək, yəni, 2020-ci il yanvarın 20-dən 30-dək müvafiq seçki komissiyasına təqdim edilməlidir.
Hesabat qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilməlidir. Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

Daxili siyasət 2020-01-20 11:20:00