Xaricdə təhsil alan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı videoçarx hazırlayıblar VİDEO
İstanbul, 20 yanvar, AZƏRTAC
Türkiyədə və dünyanın digər ölkələrində təhsil alan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı videoçarx hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin təşəbbüsü ilə çəkilən videoçarxda azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə, İndoneziya, İran, İspaniya, Belarus, Polşa, Hollandiya, İtaliya, İsveç, Kipr, Fransa, ABŞ, Portuqaliya və digər ölkələrdə təhsil alan xarici gənclər də yer alıblar.
Türkiyənin 81 şəhərində və dünyanın 20-dən çox bölgəsində çəkilən videoçarxda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın şəhid olmuş övladlarının adları dünyanın müxtəlif bölgələrində səsləndirilir, Bakıda və ətraf rayonlarda törədilən qətliamı əks etdirən kadrlar yer alır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb