×
A
A
A
Sazlamalar

Çinin Sincan-Uyğur bölgəsində 6,4 bal gücündə zəlzələ olub

Pekin, 19 yanvar, AZƏRTAC

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda 6,4 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar Qaşğar prefekturasında yerli vaxtla saat 21:27-də qeydə alınıb. Zəlzələnin ocağı 16 kilometr dərinlikdə yerləşib. Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur.
Qeyd edək ki, bu, son 4 gündə muxtar rayonda qeydə alınmış 3-cü zəlzələdir. Yanvarın 16-da muxtar rayonun Ağsu prefekturasında 5,6, yanvarın 18-də isə Qaşğar prefekturasında 5,4 bal gücündə zəlzələ olmuşdu.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-01-19 21:12:00