×
A
A
A
Sazlamalar

Azərbaycan diasporunun nümayəndələri Daşkənddə 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd ediblər


Daşkənd, 19 yanvar, AZƏRTAC
Daşkənddə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diasporumuzun nümayəndələri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbirdə Mərkəzin sədri Firdovsi Hüseynov 30 il bundan əvvəl keçmiş sovet ordusunun əsgərləri tərəfindən Bakı küçələrində törədilmiş vəhşiliklər haqqında məlumat verilib. O, 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd edib. Bildirilib ki, o vaxt Moskvada yaşayan Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib, Mixail Qorbaçov başda olmaqla bu faciəni törədən keçmiş SSRİ rəhbərliyini ittiham edib.
Soydaşlarımızdan Yusif Əliyev, Mobil Məmmədov, İsmayıl Məmmədov və başqaları xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən danışıb, ermənilərin qəsbkarlıq siyasətinə etiraz edən dinc əhaliyə sovet rejimi tərəfındən qanlı divan tutulmasını, qocalara, qadınlara, uşaqlara aman verilməməsini pisləyiblər.
Sonra 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

20 yanvar 2020-01-19 16:23:00