Çində daha 17 nəfər koronavirusun yeni növünə yoluxub
Pekin, 19 yanvar, AZƏRTAC
Çinin Uxan şəhərində daha 17 nəfər koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxub. Bununla da hələlik 2 nəfərin ölümünə səbəb olmuş bu virusa yoluxanların ümumi sayı 62 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Uxan şəhərinin səhiyyə komissiyası məlumat yayıb. Virusa yeni yoluxmuş 17 nəfərin ən gəncinin 30, ən yaşlısının 79 yaşı var. Onlardan 3-nün vəziyyəti ağırdır.
Hazırda tibb işçiləri koronavirusa yoluxanlarla yaxın ünsiyyətdə olanların müəyyən edilərək tibbi yoxlanışa cəlb etməklə məşğuldurlar.
Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Xəstəliyin kliniki əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan-insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də bilinmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır