×
A
A
A
Sazlamalar

İndoneziyada 6 bal gücündə zəlzələ olub

Tokio, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da İndoneziyanın şərqində yerləşən Papua əyalətində 6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentrinin Abepura yaşayış məntəqəsindən 157 kilometr qərbdə, ocağının 80 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər haqqında hələlik məlumat verilmir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-01-19 07:52:00