×
A
A
A
Sazlamalar

“Neftçi” klubu baş məşqçi Roberto Bordinlə yollarını ayırıb

Bakı, 19 yanvar, Nicat Məmmədov, AZƏRTAC

“Neftçi” futbol klubu baş məşqçi Roberto Bordinlə müqaviləyə xitam verib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “Neftçi” prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar qəbul olunub. Komandaya rəhbərlik müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.
“Neftçi” italiyalı mütəxəssis Roberto Bordinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

İdman 2020-01-19 02:52:00