×
A
A
A
Sazlamalar

"Fənərbağça" səfərdə "Qaziantep"in qapısına iki cavabsız qol vurub

Bakı, 19 yanvar, AZƏRTAC
Türkiyə Superliqasının 18-ci turu çərçivəsində "Fənərbağça" səfərdə "Qaziantep" klubunun qonağı olub.
AZƏRTAC xəbər verir ki, oyun İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları meydan sahiblərinin qapısına Maks Kruze və Vedat Muruqi vurublar.
Günün digər qarşılaşmalarında "Alanyaspor" doğma divarlar arasında "Kayserispor"u 5:1 hesabı ilə məğlub edib. "Yeni Malatyaspor" isə səfərdə "Başakşəhər"ə uduzub - 4:1.
Turun digər oyunları yanvarın 19-da və 20-də keçiriləcək.
Hazırda turnir cədvəlində "Sivasspor" 37 xalla vahid liderdir. "İstanbul Başakşəhər" 36 xalla ikinci, "Fənərbağça" isə 34 xalla üçüncü yeri tutur.

İdman 2020-01-19 01:27:00