×
A
A
A
Sazlamalar

“Real Madrid” Kazemironun dublu sahəsində “Sevilya”ya qalib gəlib

Bakı, 18 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Yanvarın 18-də İspaniya La Liqasının 20-ci turu start götürüb.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Real Madrid” öz meydanında “Sevilya” klubunu qəbul edib. Oyun madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hər üç qol oyunun ikinci hissəsində vurulub. “Kral klubu”nun heyətində hər iki qolu Kazemiro, “Sevilya”nın heyətində isə De Yonq vurub.
Bu qələbədən sonra xalların sayını 43-ə çatdıran “Real Madrid” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Hesabında 40 xalı olan “Barselona” yanvarın 19-da öz meydanında “Qranada” komandasını qəbul edəcək.

İdman 2020-01-18 22:49:00