×
A
A
A
Sazlamalar

Lerikdə və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib

Bakı, 18 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində yanvarın 18-də Lerik və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.
Lerik Rayon Mədəniyyət Mərkəzində Bakı şəhəri 8 saylı və 10 saylı vəkil büroları tərəfindən 50-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri dinlənilib, həmin şəxslərə müvafiq məsləhətlər verilib. Həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.
Səfər çərçivəsində vəkillər 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən sərgi ilə də tanış olublar.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm təşkil olunacaq.

 

Sosial 2020-01-18 18:37:00