×
A
A
A
Sazlamalar

“Azİz” təşkilatı 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirib

Bakı, 18 yanvar, AZƏRTAC

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyanın Aşkelon bölməsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Assosiasiyanın prezidenti Lev Spivak, kinodramaturq İfraim Abramov, Assosiasiyanın Aşkelon bölməsinin sədri İlya Moskoviç, əslən Bakıdan olan Yaqut Abdullayeva və başqaları tədbirdə çıxış ediblər.
Onlar 20 Yanvar faciəsi haqqında, o ağır günlər barədə qəmli xatirələrini bölüşüb, doğma Bakını sevgi və həsrətlə yad ediblər.

20 yanvar 2020-01-18 18:35:00