×
A
A
A
Sazlamalar

İşlədiyi evdən oğurluq edən şəxs saxlanılıb

Bakı, 18 yanvar, AZƏRTAC 

Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Aydın Cəfərov evindən ümumi dəyəri 12 min 520 manat olan müxtəlif növ məişət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs - həmin evi təmir edən, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və Gəncədə müvəqqəti yaşayan 29 yaşlı Elvin Abbasov muxtar respublikada saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib.
O, dindirilərkən törətdiyi oğurluq hadisəsini etiraf edərək həmin məişət əşyalarını satdığını bildirib.
Faktla bağlı təhqiqat aparılır.

 

Hadisə 2020-01-18 18:33:00