×
A
A
A
Sazlamalar

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir

Bakı, 18 yanvar, AZƏRTAC 

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lökbatan qəsəbə sakini T.Əmirov Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərində axtarış aparılan zaman heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yardımlı rayon sakinləri O.Kərimi və Z.Məmmədova da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların qəsəbə ərazisində kirayədə yaşadığı mənzildən 1,1 kiloqrama yaxın heroin götürülüb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədəliyevi yaxalayıblar. Şəxsi axtarış zamanı ondan 1 qramdan artıq heroin və 7 qrama yaxın marixuana götürülüb. Davam etdirilən tədbirlərlə onun “VAZ-2106” markalı avtomobilindən isə əlavə olaraq 380 qram marixuana aşkarlanıb.
Hər iki faktla bağlı təhqiqat aparılır.

Hadisə 2020-01-18 18:28:00