Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

20 Yanvar milli azadlıq arzusunun oyanış günüdür

Bakı, 18 yanvar, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Rəşad Xanlarov çıxışında 20 Yanvar faciəsinin, milli azadlıq arzusunun oyanış günü olduğunu qeyd edib. O, tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, 20 Yanvar uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda qəhrəmanlıq, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqımızın həmin faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, bu gün həm hüzn, həm də mübarizlik, qəhrəmanlıq tarixidir.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Mərkəzin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Elm və təhsil 2020-01-18 16:12:00