×
A
A
A
Sazlamalar

Somalidə tikinti şirkətində törədilən terror aktı nəticəsində 4 nəfər Türkiyə vətəndaşı xəsarət alıb

Ankara, 18 yanvar, AZƏRTAC

Somalinin paytaxtı Moqadişoda fəaliyyət göstərən inşaat şirkətinə qarşı terror aktı törədilib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, terror hadisəsi bomba ilə yüklənmiş avtomobilin partladılması nəticəsində baş verib. Xəsarət alanlardan dördü Türkiyə vətəndaşıdır. Onlar Somalidəki Rəcəb Tayyib Ərdoğan Elmi-Tədqiqat Xəstəxanasına yerləşdiriliblər.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-01-18 15:38:00