×
A
A
A
Sazlamalar

Diyarbəkirdə təhsil alan azərbaycanlı tələbə: şəhidlərimizə ehtiram mənəvi borcumuzdur

Diyarbəkir, 18 yanvar, AZƏRTAC

İyirmi Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Diyarbəkir Diclə Universitetində (DDU) keçirilən izdihamlı anma mərasimi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılması baxımından mühüm məsələdir. Şəhidlərimizə ehtiram mənəvi borcumuzdur.
Bu fikri AZƏRTAC-a açıqlamasında DDU-da fəaliyyət göstərən qum sənəti və sosial fəaliyyətlər klubunun rəhbəri, bu təhsil ocağının hüquq fakültəsinin dördüncü kurs tələbəsi Novruz Əhmədov ifadə edib.
İyirmi Yanvarla bağlı təqdim etdiyi qum sənəti kompozisiyasının izləyicilər tərəfindən böyük maraqla qarşılanmasından qürur keçirdiyini bildirən Novruz Əhmədov deyib: “Qum sənəti çox nadir yaradıcılıq növlərindəndir. Yaratdığım kompozisiya Azərbaycanın müstəqilliyinə olan ehtiramımın nümunəsidir. Ölkəmizin tarixi və müasir inkişafı ilə fəxr edirəm. Biz azərbaycanlı tələbələrin borcu ölkəmizin, xalqımızın, dövlətimizin tanınmasına töhfələr verməkdir”.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Diyarbəkir

20 yanvar 2020-01-18 15:16:00