×
A
A
A
Sazlamalar

Gənclərin ictimai fəallığa təşviq edilməsinə dair layihənin icrasına start verilib VİDEO

Bakı, 18 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Yanvarın 18-də “Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən layihənin rəhbəri Samir Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətin ictimai-siyasi həyatında fəal rol oynadıqlarını bildirib. Qeyd edib ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə gənclərin potensialının üzə çıxarılması, onların inkişafı üçün hər cür şərait yaradılıb. Bu siyasətin uğurla icra olunmasında Gənclər Fondunun da mühüm rolu var.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də gənclərin milli ruhda böyümələrinə, eyni zamanda, multikulturalizm ruhunda tərbiyə almalarına önəm verir. Bu diqqət və qayğı gənclərimizi daha böyük uğurlara həvəsləndirir. Sevindirici haldır ki, bu gün gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və inkişaf proseslərində fəal iştirak edirlər.
S.Pənəliyev deyib ki, “Gənclərin ictimai fəallığa təşviqi” layihəsi də ölkəmizdə fəal gənclərin cəmiyyət həyatında daha geniş və səmərəli iştirakının təmin olunmasına xidmət edir. Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçiriləcək layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində bir sıra tədbirlərin təşkili nəzərdə tutulub.

 

Sosial 2020-01-18 14:00:00

Video