×
A
A
A
Sazlamalar

“Səbail” klubu Ukraynanın “Olimpik” komandası ilə qarşılaşacaq

Bakı, 18 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Bakının “Səbail” futbol klubu ikinci yoxlama oyununu yanvarın 18-də Ukraynanın “Olimpik” komandasına qarşı keçirəcək.
AZƏRTAC xəbər verir ki, “Miracle Resort Otel”in meydanında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Qeyd edək ki, “Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetisu” klubuna 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi yanvarın 21-də “Voluntari” (Rumıniya), dörd gün sonra isə “Korona” (Polşa) klubları də qarşılaşacaq.

İdman 2020-01-18 13:55:00