×
A
A
A
Sazlamalar

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, bu günlərdə Azərbaycan xalqı Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edir.
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

20 yanvar 2020-01-18 12:54:00