×
A
A
A
Sazlamalar

ADNSU-da sərgi: 20 Yanvar - müstəqilliyə gedən yol

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “20 Yanvar - müstəqilliyə gedən yol” adlı kitab sərgisi təşkil olunub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə hazırlanan sərgidə xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi yolunda canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının qəhrəmanlığından bəhs edən müxtəlif adda kitablar, jurnallar, qəzetlər yer alıb.

Elm və təhsil 2020-01-18 12:36:00