×
A
A
A
Sazlamalar

Yanvarın 20-də BƏT-in illik məruzəsi təqdim ediləcək

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 20-də Cenevrədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Dünyada məşğulluğun və sosial müdafiənin perspektivləri” adlı illik məruzəsi təqdim ediləcək.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, sənəddə əmək bazarının ən mühüm problemləri, o cümlədən işsizlik, natamam məşğulluq, işçi qüvvəsindən tam istifadə edilməməsi, əməkçilər arasında yoxsulluq, əməyin ödənilməsində qeyri-bərabərlik məsələləri, habelə insanları əmək sferasından uzaqlaşdıran amillər təhlil edilir.
Məruzəyə bəzi yeni proqnozlar, habelə dünya əmək bazarına daxil olan əmək gəlirlərinin hesablanması üzrə yenidən nəzərdən keçirilmiş məlumatlar daxil edilib.

 

Sosial 2020-01-18 12:47:00