×
A
A
A
Sazlamalar

Özbəkistan Ali Məclisi Senatına seçkilərin nəticələri elan edilib

Daşkənd, 18 yanvar, АZƏRTAC
Özbəkistan Ali Məclisi Senatına yanvarın 16-17-də keçirilən seçkilərin nəticələri elan olunub.
Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-a bildiriblər ki, Senatın 100 üzvündən 84-ü artıq seçilib.
Qeyd olunub ki, regionlarda səsvermə nəticəsində Liberal-Demokrat Partiyası 38, Xalq Demokratik Partiyası 22, “Milli Dirçəliş” Demokratik Partiyası 11,“Ədalət” Sosial-Demokrat Partiyası 5, Ekoloji Partiya 2 mandat qazanıb. Seçkilərə müstəqil qatılan namizədlərdən 6-sı da senator seçilib.
Qanunvericiliyə əsasən, Senatın 16 üzvünü Prezident təyin edir. Senatın üzvləri 5 il müddətinə seçilir.
Xatırladaq ki, Özbəkistan parlamenti-Ali Məclisinə seçkilər iki turda - ötən il dekabrın 22-də və bu il yanvarın 5-də keçirilib. Ali Məclis 150 deputatdan formalaşır.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2020-01-18 02:40:00