ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, ali məktəbin professor-müəllim heyəti və 20 Yanvar hadisələri zamanı şəhid olmuş Azİİ tələbələrinin valideynləri əvvəlcə onların universitetdə olan barelyefləri önünə gül dəstələri qoyublar.
Tədbirdə ADNSU-nun rektoru Mustafa Babanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Bildirilib ki, həmin müdhiş gecədən 30 il keçsə də, xalqımızın şəhidlərimizə, onların ruhuna olan məhəbbəti tükənməzdir.
Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev çıxışında 20 Yanvar faciəsinin qan yaddaşımıza əbədi həkk olunduğunu vurğulayıb.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub
AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”
Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik
Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib
“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb