×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 503002579S dövlət qeydiyyat nömrəli, 50 milyon manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 97.3425 AZN (5.85 faiz) və 97.9521 AZN (4.48 faiz) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 269 milyon 252 min 700 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97.944 AZN (4.49 faiz), orta ölçülmüş qiyməti 97.9511 AZN (4.48 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 milyon təşkil edib. Notlar iyulun 6-da ödəniləcək.

 

Maliyyə 2020-01-17 17:06:00