×
A
A
A
Sazlamalar

Qazaxıstanlı ekspert: Parlament seçkiləri Azərbaycanın demokratik ənənələrini daha da gücləndirəcək

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycanda keçiriləcək parlament seçkiləri digər ölkələr üçün təcrübə və nümunə olacaq.
AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında qazaxıstanlı ekspert, jurnalist Nurqali Yusipbay söyləyib.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra böyük inkişaf yolu qət etdiyini bildirən ekspert deyib: “Bu gün də Azərbaycan inkişaf edir. Son dövrlər Azərbaycanda iqtisadi, sosial, mədəni və digər sahələrdə çox böyük islahatlar həyata keçirilir. Sosial islahatlar və vətəndaşların rifahının yüksəlməsinə hesablanmış addımlar bunun ən bariz nümunəsidir. Həmçinin şəffaflığın təmin edilməsi, eləcə də dövlət siyasətində vətəndaşa xidmət prinsipinin əsas tutulması xüsusilə diqqət çəkir. Həyata keçirilən islahatlar seçki mühitinə də müsbət təsir edir. Əminliklə deyə bilərik ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın demokratik ənənələrini daha da gücləndirəcək və digər ölkələr üçün müsbət seçki nümunəsi olacaq”.

Daxili siyasət 2020-01-17 15:48:00