×
A
A
A
Sazlamalar

® “Kapital Bank” 2019-ci ilin nəticələrini elan edib

“Kapital Bank”ın aktivləri yanvarın 1-nə 4,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,8 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 3,2 milyard manat, tutulmalardan sonra məcmu kapitalı 398 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edib.
Qeyd edək ki, “Kapital Bank”, “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin göstəricilərinə malikdir. Bunlar ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Maliyyə 2020-01-17 11:30:00