×
A
A
A
Sazlamalar

Bu gündən deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilir

Bakı, 17 yanvar, AZƏRTAC

Bu gündən etibarən deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilir.
AZƏRTAC secki-2020.az saytına istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib. Belə ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması fevralın 8-də saat 08:00-dək davam edəcək.
Xatırladaq ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Daxili siyasət 2020-01-17 10:00:00