×
A
A
A
Sazlamalar

MSK katibi: Seçkilərə hazırlıq prosesi qanunvericiliyə uyğun davam edir

Bakı, 16 yanvar, AZƏRTAC
Seçkilərə hazırlıq prosesi qanunvericiliyə uyğun davam edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
MSK katibi bildirib: “Yanvar ayının 17-dən etibarən təbliğat-təşviqat kampaniyası başlayır. Qeydə alınan namizədlər bu prosesdə iştirak edəcəklər. Seçkilərə 10 gün qalmış seçki bülletenlərinin çap edilməsi və dairə seçki komissiyalarına paylanılması prosesi həyata keçiriləcək. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bütün seçicilərin seçki bülletenləri ilə təmin olunması həyata keçiriləcək. Proses seçki günü seçicilərin məntəqələrə gəlib səs verməsi ilə davam edəcək”.

Siyasət 2020-01-16 19:19:00