Rövzət Qasımov: Bir nəfər 10 dairədən namizədliyini irəli sürə bilər, amma bir dairədən qeydə alınır
Bakı, 16 yanvar, AZƏRTAC
Namizədliyin irəli sürülməsi təsdiq olunan mərhələdə hər hansı bir şəxs öz müraciətindən imtina edərək digər dairəyə gedə bilir.
AZƏRTAC secki-2020.az saytına istinadla xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov bir şəxsin bir neçə dairədən namizədliyinin qeydə alınması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
R.Qasımov qeyd edib ki, buna baxmayaraq statistik baxımdan şəffaflığın təmin olunması və cəmiyyətin bu barədə tam əhatəli məlumat alması üçün həmin informasiyalar Seçkilər İnformasiya Mərkəzinin internet səhifəsində yerləşdirilir. Ancaq bu, o demək deyil ki, bir nəfər iki dairədən namizəddir. Bir nəfər 10 dairədən namizədliyini irəli sürə bilər, amma bir dairədən qeydə alınır.
MSK sədrinin müavini diqqətə çatdırıb ki, bu anlaşılmazlıqlar namizədlərlə bağlı statistik göstəricilərə tam diqqət yetirilmədiyi üçün qaynaqlanır.
Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrə görə cərimələr müəyyənləşir
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsə, nəticə erməni cəmiyyəti üçün ağır olacaq
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
İqtisadi Şuranın növbəti iclası olub
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar