×
A
A
A
Sazlamalar

Parlament seçkilərini izləmək üçün Rusiyadan böyük nümayəndə heyəti gələcək

Bakı, 16 yanvar, AZƏRTAC
Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Rusiyadan böyük nümayəndə heyəti ölkəmizə səfər edəcək.
AZƏRTAC Secki-2020.az saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski məlumat verib.
O bildirib ki, nümayəndə heyətinə Rusiya Federasiya Şurasının üzvləri və Dövlət Dumasının deputatları daxildir. “Bundan başqa, Rusiya daxil olduğu bir sıra beynəlxalq strukturların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının və digər təşkilatların tərkibində də seçkiləri müşahidə edəcək. Mən dəfələrlə Azərbaycanda həm prezident, həm də Milli Məclisə keçirilən seçkiləri müşahidə etmişəm. Əminəm ki, bu seçkilər də ədalətli keçiriləcək”, - deyə Slutski vurğulayıb.

Siyasət 2020-01-16 14:05:00