ATƏT uzunmüddətli müşahidə missiyasının siyahısını açıqlayıb
Bakı, 16 yanvar, AZƏRTAC
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəsmi internet səhifəsində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində seçki prosesini izləyəcək uzunmüddətli müşahidə missiyasının tərkibi açıqlanıb.
AZƏRTAC Secki-2020.az saytına istinadla xəbər verir ki, 26 nəfərin yer aldığı siyahıda Rusiya, Türkiyə, Birləşmiş Krallıq, Fransa, Almaniya, İsveç, İsveçrə, Albaniya, Çexiya, Danimarka, İrlandiya, İtaliya, Niderland və Norveçdən nümayəndələr var.
Xatırladaq ki, ATƏT-in əsas müşahidə missiyası 12 nəfərdən ibarətdir. Seçki günü daha 350 qısamüddətli müşahidəçinin səsvermənin gedişatını izləyəcəyi bildirilir.
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib