Müdafiə naziri tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidməti, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi hissələrdən birində olub.
Məruzə edilib ki, tikintisi qısa müddətdə sona çatdırılacaq qərargah binası, əsgər yataqxanaları, tibb məntəqəsi və digər obyektlər hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün nəzərdə tutulub.
Hərbi hissədə aparılan tikintinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO