×
A
A
A
Sazlamalar

Avropa Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin jurnalistlərinə qarşı yolverilməz hərəkəti pisləyən bəyanat yayıb

Bakı, 16 yanvar, AZƏRTAC 

Avropa Xəbər Agentlikləri Alyansı (EANA) Misir polisinin Anadolu Agentliyinin Qahirədəki ofisində axtarış aparması və jurnalistləri həbs etməsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC-ın da üzv olduğu EANA Misir polisinin bu hərəkətini kəskin şəkildə pisləyib, Anadolu Agentliyinin və onun jurnalistlərinin yanında olduğunu bildirib.
Demokratiyanın fundamental dəyərlərinə hər zaman sadiq qaldığını bəyan edən təşkilat söz və mətbuat azadlığının demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. EANA bu dəyərlərə qarşı çıxmağın yolverilməz olduğunu bildirib, Anadolu Agentliyinin jurnalistlərinin dərhal azadlığa buraxılmasını və dünya ictimaiyyətinin onların hansı əsasla həbs edilməsi ilə bağlı məlumatlandırılmasını tələb edib.

Siyasət 2020-01-16 13:19:00