×
A
A
A
Sazlamalar

Zoltan Hernyes: Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır

Bakı, 16 yanvar, AZƏRTAC 

Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikri “Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyasında Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib.
Zoltan Hernyes qeyd edib ki, Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib. Bu tövsiyələr əsasən, medianın rolu ilə bağlıdır. İstər seçkilərdən əvvəl, həm seçkilər zamanı, istərsə də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir.
Seçki dövründə mühüm məsələlərdən birinin də gender bərabərliyi olduğunu vurğulayan Zoltan Hernyes bildirib ki, gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

 

Daxili siyasət 2020-01-16 11:57:00