×
A
A
A
Sazlamalar

Səadət Yusifova: Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar cəmiyyətin bütün institutlarına öz təsirini göstərəcək

Bakı, 16 yanvar, AZƏRTAC 

2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova yanvarın 16-da “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında çıxışında bildirib.
Səadət Yusifova ölkəmizdə Prezident İlham Əliyev tərəfindən mütəmadi islahatların həyata keçirildiyini deyib. Qeyd edib ki, həyata keçirilən son islahatlar kəmiyyət və keyfiyyət baxımından əvvəlki illərdən xeyli fərqlənir. İslahatlar o qədər genişmiqyaslıdır ki, cəmiyyətin bütün institutlarına və təsisatlarına öz təsirini göstərəcək.

Daxili siyasət 2020-01-16 11:18:00