×
A
A
A
Sazlamalar

Ukrayna Analitika Mərkəzinin rəhbəri: Azərbaycan cəmiyyətində parlament seçkilərinə maraq yüksəkdir

Kiyev, 16 yanvar, AZƏRTAC

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkədə demokratik təsisatların daha da inkişafında yeni mərhələ olacaq.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Analitika Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko söyləyib.
Onun sözlərinə görə, qeydə alınan namizədlərin çoxluğu, o cümlədən müxalifəti təmsil edən namizədlərin kifayət qədər olması cəmiyyətdə parlament seçkilərinə marağın yüksək olduğunun göstəricisidir. Eyni zamanda, Azərbaycanda demokratik və şəffaf seçki mühitinin yaradıldığının sübutudur.
“İstər müxalifət, istər iqtidar, istərsə də bitərəf namizədlər olsun, onlar Azərbaycanda yaradılan demokratik seçki mühitindən bəhrələnərək mübarizə aparmalıdırlar”, - deyə A.Oxrimenko əlavə edib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2020-01-16 10:52:00