×
A
A
A
Sazlamalar

Piter Teys: Parlament seçkiləri Azərbaycanda demokratik təsisatların daha da möhkəmlənməsinə töhfə verəcək

Bakı, 15 yanvar, AZƏRTAC

Fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanda demokratik təsisatların daha da möhkəmlənməsinə töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu “Secki-2020” Müstəqil Media Mərkəzinə açıqlamasında amerikalı jurnalist, politoloq Piter Teys bildirib.
Azərbaycanda seçki sisteminin çox yaxşı təşkil edildiyini qeyd edən Piter Teys deyib: “Ölkədə mövcud tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələri üçün yaradılan bərabər şərait hər zaman nümunə kimi qiymətləndirilib. Dövlətin bu cür tolerant cəmiyyət üçün formalaşdırdığı demokratik seçki mühiti, institusional hesabatlılıq və təkmil qanunvericilik bazası seçkilərin şəffaf və ədalətli şəraitdə keçməsinə zəmin yaradır. Təcrübə göstərir ki, keçirilən hər yeni seçki demokratik standartların möhkəmlənməsinə xidmət edir. Bundan əvvəlki seçkilər seçici fəallığı ilə yadda qalıb. Ümid edirəm ki, fevralın 9-da keçiriləcək seçkilərdə də xalq şəffaf, demokratik mühitin yaratdığı imkanlardan səmərəli istifadə edəcək və bu seçkilər Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzunu daha da möhkəmləndirəcək”.

Siyasət 2020-01-15 15:55:00