×
A
A
A
Sazlamalar

Yevgeni Kozyak: Azərbaycanda seçki prosesini MDB-nin 250-dən çox müşahidəçisi izləyəcək

Bakı, 15 yanvar, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyi (MDB) Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək.
AZƏRTAC secki-2020.az saytına istinadla xəbər verir ki, bu barədə MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Kozyak məlumat verib.
O bildirib ki, Azərbaycanda seçki prosesini MDB-nin 250-dən çox müşahidəçisi izləyəcək. Uzunmüddətli müşahidə missiyası yanvarın 18-də Azərbaycana gələcək və fevralın 10-dək fəaliyyətdə olacaq. Qısamüddətli missiya isə səsvermədən bir gün əvvəl gələcək.

Daxili siyasət 2020-01-15 14:16:00