Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avstriya Respublikasının Federal Kansleri Zati-aliləri cənab Sebastian Kurtsa

Hörmətli cənab Federal Kansler, 

Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2020-ci il.

Məktublar 2020-01-13 17:38:00