×
A
A
A
Sazlamalar

OPEC artan gərginliklər fonunda neft tədarükü ilə bağlı narahatlıqları azaltmağa çalışır

Bakı, 8 yanvar, AZƏRTAC

OPEC artan gərginliklər fonunda neft tədarükü ilə bağlı qlobal bazardakı narahatlıqları azaltmağa çalışır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Energetika və Sənaye naziri Suheyl əl-Mazrui deyib. O bildirib ki, OPEC İran-ABŞ gərginliyi fonunda Yaxın Şərqdə yarana biləcək neft tədarükü çatışmazlığı ilə bağlı narahatlıqları azaltmağa çalışır: “Hazırda xam neft bazarlarında tədarük yaxşı səviyyədədir. OPEC və tərəfdaşları bölgədə gərginliyin artacağı təqdirdə lazımi reaksiyanı göstərəcək. ABŞ ilə İran arasında artan gərginlik körfəzdən neft nəqli üçün mühüm əhəmiyyət kəsb edən Hörmüz Boğazı üçün risk meydana gətirmir. Bazarda təklif yaxşıdır. Deyərdim ki, daha ciddi bir gərginlik olmazsa və biz bunu gözləmirik, tədarük qıtlığı proqnozlaşdırılmır”.

Neft - qaz 2020-01-08 19:04:00