×
A
A
A
Sazlamalar

Sayğaclarda limitin vaxtından əvvəl sıfırlanması ilə bağlı “Azəriqaz”a 300 müraciət daxil olub

Bakı, 7 yanvar, AZƏRTAC

Bayram günlərində (31 dekabr 2019-cu il – 06 yanvar 2020-ci il) “Azəriqaz” İB-nin “104 Operativ Xidmət” şöbəsinə 25 minə yaxın müraciət daxil olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, 7142 halda abonentlər yeni sayğacların istismarı qaydaları ilə maraqlanıb. Sayğaclardakı uğursuz əməliyyatlarla bağlı 4060 müraciət ünvana gedilmədən elə telefon əlaqəsi ilə həllini tapıb.
“Azəriqaz” İB mexaniki sayğaclar üzrə limitin sıfırlanması əməliyyatlarına 2020-ci ilin ilk rəsmi iş günü, yəni yanvar ayının 7-dən başlanılacağını bəyan etmişdi. Lakin istənilən abonent vaxtından əvvəl bu işin icrasını arzulayarsa, (077) 310-41-04 saylı “whatsapp” nömrəsinə sayğacın göstəricilərinin aydın görünən şəklini çəkib ata bilərdi. Beləliklə, son 6 gündə qeyd edilən məsələyə dair 300-ə yaxın şəkil çəkilərək qaynar xəttin “whatsapp” nömrəsinə göndərilib. Onlardan 200-ü aidiyyəti üzrə qeydiyyata alınıb. Yalnız 100-ə yaxın foto tam dolğun olmadığı üçün (çəkildiyi tarix, saat əksini tapmadığından) nəzərə alınmayıb, lakin buna baxmayaraq abonentə bu barədə ətraflı izahat verilib. Mexaniki sayğacların göstəricilərinin oxunmasının yaxın 3 gün ərzində tamamlanması planlaşdırılır.

Neft - qaz 2020-01-07 18:59:00