×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 25 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dikin etimadnaməsini qəbul edib
AZƏRTAC xəbər verir ki, səfir Corc Dik fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Corc Dik etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Corc Dik ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu ifadə edərək Azərbaycanda mövcud olan multikultural və tolerant mühitin onda dərin təəssürat yaratdığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev dinlərarası dialoqun inkişafı yolunda Azərbaycanın beynəlxalq müstəvidə böyük səylər göstərdiyini və uğurlu addımlar atdığını bildirərək, bunun dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin dinc və mehriban şəraitdə yaşadığını məmnunluqla qeyd etdi.
Görüşdə iqtisadi, ticarət, turizm, humanitar, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Rəsmi xronika 2019-12-25 10:30:00

Video